25 Iyul 2025 19:27
714
DÜNYA

“Makron yaxşı oğlandır, amma sözünün çəkisi yoxdur” - Tramp

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaq planını rədd edib.

Bu barədə Adalet.az “Reuters” agentliyinə istinasən xəbər verir.

“Onun dedikləri önəmli deyil. O, çox yaxşı oğlandır. Ondan xoşum gəlir, amma bu sözünün çəkisi yoxdur” - Tramp Ağ Evdə jurnalistlərə deyib.

Qeyd edək ki, Emmanuel Makron sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacağını açıqlayıb.