Makuntsın paylaşımı: Strateji tərəfdaşlıq xartiyası canlanır?
Əvvəl xatırladaq ki, ABŞ ilə Ermənistan arasında uzun müddət müzakirə mövzusu olan Strateji tərəfdaşlıq xartiyası 15 yanvarda - Cozef Bayden administrasiyasının səlahiyyətlərinin bitməsinə 5 gün qalmış - Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında imzalandı.
Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinken arasında 5 yanvar 2024-cü ildə Brüsseldə baş tutan görüşdə bu razılaşma gündəmə gəlmiş, ABŞ-Ermənistan təmaslar intensivləşməyə başlamışdı.
Ermənistanda və bir sıra qonşu dövlətlərdə Tramp administrasiyasının bu müqaviləyə isti baxmayacağı ilə bağlı fikirlər müzakirə olunurdu.
Adalet.az xəbər verir ki, Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts məsələ ilə bağlı fikir bildirib . O X. səhifəsində qeyd edib ki, Pentaqonda müzakirələr aparıb:“Pentaqonda məlum məsələ ilə bağlı əla bir irəliləyiş var. Biz Ermənistan-ABŞ strateji tərəfdaşlığı və Cənubi Qafqaz regionunda sülh prosesi haqqında danışdıq.
Ermənistan ABŞ Müdafiə Nazirliyi ilə əməkdaşlığı yüksək qiymətləndirir və tərəfdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyir" .
Əntiqə Rəşid
Digər Xəbərlər
30 Oktyabr 2026 23:44
“Atom bombası hazırlamaq bizim üçün oyuncaqdır” - Laricani
30 Oktyabr 2026 22:30
Ərdoğan imzanı səhv atdı, ortaya bu dialoq çıxdı - VİDEO
30 Oktyabr 2026 19:00
Sergey Lavrovun təyyarəsi 20 saatdan çox havada qaldı
30 Oktyabr 2026 18:41
Hörmüzdə hücuma məruz qalan tankerin ekipaj üzvləri xilas edildi
30 Oktyabr 2026 16:06
"Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi
30 Oktyabr 2026 12:08
Ermənistanda korrupsiyada şübhəli bilinən vəzifəli şəxslər həbs edildi
30 Oktyabr 2026 10:51
Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarələri məhv edildi
30 Oktyabr 2026 09:27


Bakı -°C

