Maliyyə pozuntularının məbləği açıqlandı
Dövlət büdcəsi üzrə 6,7 milyard manat vəsait audit olunub.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Yoxlamalara həmçinin Dövlət Neft Fondu, İcbari Tibbi Sığorta Fondu, Naxçıvan Muxtar Respublikasının büdcəsi və qeyri-büdcə vəsaitləri də daxil edilib.
Yoxlama tədbirlərində gəlir və xərclərin proqnozlaşdırılması, hesablanması, icrası və digər öhdəliklərin yerinə yetirilməsi uyğunluq, maliyyə və səmərəlilik elementləri aspektindən qiymətləndirilib. Yoxlama tədbirləri ilə uyğunluq elementləri üzrə pozuntu 584,8 mln. manat, maliyyə təhrifləri 626,3 mln. manat, səmərəsiz xərclər 342,9 mln. manata bərabər olub.
Uyğunluq elementləri üzrə aşkarlanmış maliyyə pozuntularının 170,4 mln. manatını büdcəyə hesablanmış zərər təşkil edib. Büdcəyə hesablanmış zərərin 101,5 mln. manatı üzrə vəsaitin bərpası, 40,2 mln. manatı üzrə isə müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi barədə qərar qəbul edilib. 28,7 mln. manatının əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpası istiqamətində birbaşa tədbir müəyyənləşdirilməmiş, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilib.
Digər Xəbərlər
23 Oktyabr 2026 20:01
Bu şəxslərə dövlət dəstəyi şamil olunmayacaq
23 Oktyabr 2026 19:45
Azərbaycandan Bolqarıstana qaz ixracı 44 faiz azaldı
23 Oktyabr 2026 17:37
Taleh Kazımov onu direktor təyin etdi
23 Oktyabr 2026 11:33
TRIPP-in tikintisi niyə yubanır?
23 Oktyabr 2026 10:00
Gələn il heç bir şəhər və rayona dotasiya ayrılmayacaq
22 Oktyabr 2026 12:11
Azərbaycanda daxili yanma mühərrikli avtomobillər mərhələli istismardan çıxarılacaq
22 Oktyabr 2026 10:32
“Azeri Light”ın qiyməti 120 dollara yaxınlaşdı
22 Oktyabr 2026 10:09


Bakı -°C

