“Malmö”nü “Qarabağ”la oyunda 80-ə yaxın azarkeş dəstəkləyəcək
UEFA Avropa Liqasının əsas mərhələsinin II turunun “Qarabağ”la oyunu üçün Bakıya gələcək “Malmö” azarkeşlərinin sayı bəlli olub.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçda İsveç klubunu 60-80 nəfər arası fanat dəstələyəcək.
Qeyd edək ki, oktyabrın 3-də oynanılacaq "Qarabağ" - "Malmö" qarşılaşması saat 20:45-də start götürəcək.
Digər Xəbərlər
30 Sentyabr 2024 12:57