MAQATE Çernobıl AES-də partlayışın olduğunu təsdiqlədi - YENİLƏNİB
"Fevralın 14-nə keçən gecə Çernobıl Atom Elektrik Stansiyasında (AES) partlayış baş verib.
Adalet.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) məlumat yayıb.
"Çernobıl Atom Elektrik Stansiyasında MAQATE əməkdaşları yanğına səbəb olan partlayış eşidib. Onlar PUA-nın yeni saxlama strukturunun damına çırpıldığını bildiriblər”, - Beynəlxalq Atom Enerjisi Agentliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, bu, fevralın 14-nə keçən gecə saat 1:50 radələrində baş verib. Partlayışın qəza nəticəsində sıradan çıxmış Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunu qoruyan qoruyucu mərmi tərəfində baş verdiyi vurğulanır. Bu, 1986-cı ildə qəza zamanı dağılmış enerji blokunun sarkofaqıdır.
Ukrayna prezidenti Volodimir Zelenski dəymiş ziyanı əhəmiyyətli kimi qiymətləndirib və həmçinin ərazidə yanğının lokallaşdırıldığını açıqlayıb. Bundan əlavə, Ukrayna lideri radiasiya fonunun daim izlənildiyini və artmadığını vurğulayıb.
Zelenski bunun Rusiyanın hücum pilotsuz təyyarəsi olduğunu da bildirib. Qeyd edək ki, Rusiya tərəfi yayılan xəbərləri təkzib edir.
***11:55
Rusiyanın pilotsuz uçuş aparatı (PUA) gecə saatlarında Çernobıl Atom Elektrik Stansiyasında radiasiya sığınacağını vurub.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat paylaşıb.
Ukrayna lideri Rusiya PUA-nın hücumu nəticəsində elektrik stansiyasının 4-cü reaktorunu qoruyan strukturun zədələndiyini bildirib. O, hücumun yanğına səbəb olduğunu, lakin artıq söndürüldüyünü bildirib.
Digər Xəbərlər
07 Noyabr 2025 16:45
Rusiyalı iş adamı arvadı ilə birgə öldürüldü
07 Noyabr 2025 11:06
İranda ardıcıl iki zəlzələ oldu
07 Noyabr 2025 08:37
Daha bir ölkə “İbrahim sazişləri”nə qoşulur
07 Noyabr 2025 08:33
Azərbaycan Ordusunun NATO standartlarına keçməsinə Rusiyadan reaksiya
07 Noyabr 2025 08:28
ABŞ Suriyaya qoşunlarını yerləşdirir? - RƏSMİ AÇIQLAMA
07 Noyabr 2025 08:26
BMT ona qoyulan sanksiyaları ləğv etdi - Bir ölkə bitərəf qaldı
06 Noyabr 2025 22:07
Polşa prezidenti Ukraynanı naşükürlükdə ittiham etdi
06 Noyabr 2025 21:46


Bakı -°C

