adalet.az header logo
  • Bakı -°C
28 Aprel 2026 16:25
80
DÜNYA
A- A+

Mark Karni Ermənistana səfər edəcək

Kanada Baş naziri Mark Karni gələn həftə Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Avropa liderləri ilə birlikdə Ermənistana səfər edəcək.

Adalet.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumatı yayıb.

Mark Karni Avropa Siyasi Birliyinin yaranmasından bəri bu formatda toplantıya qonaq qismində qatılan ilk qeyri-avropalı lider olacaq.

Rəsmi açıqlamaya görə, sammit “Gələcəyin Qurulması: Avropada Birlik və Sabitlik” şüarı altında keçiriləcək.