adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Aprel 2024 10:54
1149
KRİMİNAL

Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanıldı

Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlər zamanı Oruc Hacıyev saxlanılıb. Ondan satış üçün hazır bükümlərdə qablaşıdırılmış heroin aşkarlanıb. O.Hacıyevin narkotik vasitəni həmyerlisi Amid Nəzərlidən aldığı müəyyən edilib. Tədbirlərin davamı olaraq A.Nəzərli də saxlanılıb.

Onun üzərindən və evindən ümumilikdə  5 kiloqramdan artıq metamfetamin, heroin və marixuana aşkarlanıb. Araşdırmalarla A.Nəzərlinin həmin narkotik vasitə və psixotrop maddəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiyi müəyyən edilib.