adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 May 2023 14:45
940
KRİMİNAL

Masallıdakı qətlin təfərrüatları - Bir həftə öncə

Xəbər verdiyimiz kimi mayın 7-si saat 08 radələrin Masallı rayon Təzə Alvadı kənd sakini 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanı keçmiş əri, 1964-cü il təvəllüdlü Gülağa Bəndəliyev çoxasylı bıçaq xəsarətləri ilə qətlə yetirib. 

Adalet.az-ın əməkdaşı kənd sakinləri ilə görüşüb və mərhumun ailəsi ilə maraqlanıb. Kənd sakinlərinin bildirdiyinə görə Sədaqət Səfərova inanclı, abırlı qadın olub və kənddə mağazada satıcı işləyib. Gülağa Bəndəliyev isə içki aludəçisi olub. Buna görə də xanımın məhkəməyə müraciətindən sonra onlar hadisədən bir həftə öncə boşanıblar. Bundan hiddətlənən ər sərxoş vəziyyətdə qadını bıçaqlayaraq qətlə yetirib. 

Qeyd edək ki, G.Bəndəliyev saxlanılıb. Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Vasif Əlihüseyn