adalet.az header logo
  • Bakı -°C
15 Oktyabr 2026 09:30
65
AVTOMABİL
A- A+

Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO

İnsanlar yolun hərəkət hissəsində avtomobillərlə birlikdə hərəkət edirlər. Çünki, onların istifadəsi üçün olan səkini maşınlar zəbt edib.

Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsindən gedir. Hər gün küçədən istifadə edən piyadalar bu vəziyyətlə üzləşirlər. Baxmayaraq ki, ərazidə maşın saxlamaq qadağandır işarəsi də var.

Sakinlər bildirir ki, ərazidə maşın saxlayanlarla danışmağa cəhd etsələr də faydası olmayıb.

Ərazidə maşın saxlayan sürücülərdən bəziləri ilə bizdə həmsöhbət olub avtomobillərini niyə piyada səkisində saxladıqlarının səbəbini soruşmağa çalışdıq.

Bəzi sürücülər isə oranın piyada səkisi olduğundan bixəbər olduğunu bildirdi.

Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsindən bildirilib ki, həmin sürücülərlə bağlı tədbir görülür.