Maşınla azyaşlını vurub qaçan sürücü saxlanıldı
Mayın 11-də Gəncə şəhərinin N.Gəncəvi prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı E.Məmmədov vurulub.
DİN-dən verilən məlumata görə, uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.
Xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gəncə şəhər sakini N.Şükürlü saxlanılıb.
Araşdırma aparılır.
Digər Xəbərlər
03 May 2024 17:14