Mayk Taysonla Cek Pol arasında revanş döyüşü keçirilə bilər
Dünya boksunun canlı əfsanəsi Mayk Tayson ilə tanınmış yutuber Ceyk Pol arasında revanş döyüşü keçirilə bilər.
Adalet.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Əyləncələr Departamentinin rəhbəri şahzadə Turki Əl əş-Şeyx 19 ildən sonra peşəkar döyüş keçirən əfsanəvi boksçuya yenidən rinqə çıxmağı təklif edib.
O, C.Paulu 3 dəqiqəyə nokaut edəcəyi təqdirdə amerikalı idmançıya 700 milyon dollar ödəməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, boksçular arasında noyabrın 16-da keçirilən qarşılaşma məşhur yutuberin qələbəsi ilə yekunlaşıb. Görüş bu günə qədər ən çox izlənilən idman hadisəsi olub. Peşəkar karyerası ərzində 56 döyüş keçirən Mayk Tayson 50 qələbə qazanıb. O, 44 görüşdə rəqiblərini nokautla məğlub edib. 58 yaşlı dünya çempionu 6 qarşılaşmada isə uduzub. “Dəmir Mayk” ləqəbli boksçu peşəkar karyerasını 2005-ci ildə başa vurub. Ceyk Pol isə rinqə ilk dəfə 2018-ci ildə həvəskar döyüşlə çıxıb. İndiyədək peşəkar səviyyədə 11 döyüş keçirən yutuber 10 qələbə və 1 məğlubiyyətlə yadda qalıb. Onun yutub platformasında 20 milyondan çox izləyicisi var.
Digər Xəbərlər
24 Noyabr 2026 23:38
Ronaldo karyerasının 987-ci qolunu vurdu
24 Noyabr 2026 20:31
"Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib
24 Noyabr 2026 18:00
Emre Mor karyerasını bitirdi
24 Noyabr 2026 15:37
PSJ yeni formasını təqdim etdi
24 Noyabr 2026 15:02
“Marca” nəşri “Sabah”ın heyətində 5 futbolçunu fərqləndirdi
24 Noyabr 2026 10:05
Çempionlar Liqası: "Qalatasaray" "Aston Villa"nı qəbul edəcək
23 Noyabr 2026 23:28
"Barselona" Bakıya gəldi - VİDEO
23 Noyabr 2026 19:22


Bakı -°C

