Mbappe Raula yaxınlaşıb
İspaniyanın "Real Madrid" komandasının futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında 69-cu qolunu vurub.
Adalet.az xəbər verir ki, fransalı hücumçu buna turnirin 1/4 final mərhələsində Almaniya “Bavariya”sı ilə keçirilən ilk oyunda nail olub. Görüşün 74-cü dəqiqəsində fərqlənən 27 yaşlı oyunçu “kral klubu”nun əfsanələrindən sayılan Raul Qonsalesə yaxınlaşıb. İspaniyalı veteran oyunçunun aktivində 71 qol var.
Siyahıya 141 qolla Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu başçılıq edir. ABŞ təmsilçisi “İnter Mayami”də çıxış edən argentinalı forvard Lionel Messi (129 qol) ikinci, “Barselona”nın polşalı futbolçusu Robert Levandovski isə (109) üçüncü pillədə qərarlaşıb.
Digər Xəbərlər
11 Avqust 2026 21:50
"Sabah" darmadağınla pley-off mərhələsində - YENİLƏNİB
11 Avqust 2026 21:00
Macarıstan millisinin sabiq futbolçusu "Neftçi"də
11 Avqust 2026 18:00
Hakimlərin qərarına aydınlıq gətirəcək yeni platforma...
11 Avqust 2026 17:51
"Kəpəz" qapıçı transfer etdi
11 Avqust 2026 17:33
"Neftçi" basketbol klubu Cəbrayıl Əkbərovu transfer edib
11 Avqust 2026 15:33
“Sabah” – “Orhus” matçında anşlaq: Bütün biletlər satılıb
11 Avqust 2026 11:53
Tahir Gözəldən “Qarabağ” - “Dinamo” oyunu öncəsi açıqlama
11 Avqust 2026 11:20


Bakı -°C

