MEDİA jurnalistlər üçün müsabiqə elan edib
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib.
Agentlikdən Adalet.az-a verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.
Müsabiqəyə təqdim edilən materiallar:
Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
– ən yaxşı reportaj;
– ən yaxşı ictimai-siyasi təhlil;
– ən yaxşı sosial-iqtisadi təhlil;
– ən yaxşı müsahibə;
– ən yaxşı mədəniyyət materialı;
– ən yaxşı köşə yazısı;
– ən yaxşı jurnalist araşdırması;
– ən yaxşı oçerk.
Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
– ən yaxşı ictimai-siyasi reportaj;
– ən yaxşı iqtisadi reportaj;
– ən yaxşı sosial reportaj;
– ən yaxşı mədəniyyət reportajı;
– ən yaxşı idman reportajı.
Materialların qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil ekspert tərəfindən həyata keçirilir.
Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 (iki) jurnalist və 2 (iki) operator qalib elan edilir və mükafatlandırılır.
Müsabiqəyə müraciət qəbulu 5 noyabr 2024-cü il tarixinədək davam edəcəkdir.
MEDİA – fərdi jurnalist müsabiqəsinin keçirilməsi qaydaları ilə buradan tanış ola bilərsiniz.
Digər Xəbərlər
14 Aprel 2026 19:42
Medianın İnkişafı Agentliyində Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib
10 Aprel 2026 16:00
MEDİA sosial şəbəkədə Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddialarını təkzib etdi
08 Aprel 2026 12:53
MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR
07 Aprel 2026 13:32
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
06 Aprel 2026 16:39
Faiq Qismətoğlu milli mətbuatın 150 illik medalını aldı
31 Mart 2026 15:15
Xarici media subyektlərinin filialının qeydiyyatına dair tələb müəyyənləşdi
30 Mart 2026 18:24
MEDİA nümayəndələri Türkiyədə Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət ediblər
28 Mart 2026 13:04


Bakı -°C

