“MEDİA Könüllü”lərinə təşəkkürnamələr təqdim edildi - FOTO
İyulun 20-22-də “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunun təşkilində fəal iştirak edən bir qrup “MEDİA Könüllü”sü təşəkkürnaməyə layiq görülüb.
Bu barədə Adalet.az-a Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.
MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov Forumun uğurla keçirilməsində könüllülərin əhəmiyyətli rolu olduğunu deyib. O, Forum müddətində böyük əzm və iradə ilə çalışan könüllülərin işini yüksək qiymətləndirib, onlara peşə və karyera inkişafı ilə bağlı tövsiyələr verib, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Könüllülər isə Forumla bağlı təəssüratlarını bölüşüb, gördükləri işlər barədə məlumat veriblər.
Sonda “MEDİA Könüllü”lərinə təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, 50 ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun iştirak etdiyi 2-ci Şuşa Qlobal Media Forumunda iştirakçılar üçün müxtəlif beynəlxalq layihələrin təqdimatı, sərgilər, mədəni tədbirlər baş tutub, çoxsaylı əməkdaşlıq müqavilələri imzalanıb.
Digər Xəbərlər
01 Oktyabr 2026 19:38
AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTOLAR
01 Oktyabr 2026 18:48
Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
01 Oktyabr 2026 17:41
"Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev
01 Oktyabr 2026 16:39
AQEM-in Media Forumu keçirilib - FOTOLAR + YENİLƏNİB
01 Oktyabr 2026 16:18
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
01 Oktyabr 2026 14:51
"Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır"
01 Oktyabr 2026 12:03
"Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir" - Sədaqət Qəhrəmanova
01 Oktyabr 2026 11:10


Bakı -°C

