“Məhkəmə Ekspertizası” informasiya sistemi yaradıldı
Prezident İlham Əliyev “Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında Fərman imzalayıb.
Adalet.az-ın məlumatına görə, Fərmanda deyilir ki, məhkəmə ekspertizası fəaliyyətində şəffaflığın və operativliyin artırılması ədalət mühakiməsinin həyata keçirilməsi, həmçinin təhqiqat və ibtidai istintaq zamanı obyektiv rəylərin təqdim edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə müasir texnologiyaların tətbiqi obyektiv, hərtərəfli və ətraflı məhkəmə ekspertizası tədqiqatlarının aparılmasında, yarana biləcək sui-istifadə hallarının qarşısının alınmasında olduqca vacibdir.
Fərmana əsasən, dövlət orqanlarının (qurumlarının) məhkəmə ekspertizası sahəsində fəaliyyətinin elektronlaşdırılması, ümumi məlumat və bilik bazasının formalaşdırılması və həmin bazadan istifadənin əlçatanlığının təmin edilməsi məqsədilə “Məhkəmə Ekspertizası” informasiya sistemi (bundan sonra – Sistem) yaradılıb.
Digər Xəbərlər
16 Sentyabr 2026 17:10
Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
16 Sentyabr 2026 16:57
“Narkotacirlərə qarşı daha sərt qanunlar ola bilər”
16 Sentyabr 2026 16:37
Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
16 Sentyabr 2026 16:06
Bu zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
16 Sentyabr 2026 16:03
Prezidentdən Ülvi Quliyevlə bağlı SƏRƏNCAM
16 Sentyabr 2026 15:05
Polis hərəkətin intensiv olduğu ərazilərdə gücləndirilmiş rejimdə xidmət edir - VİDEO
16 Sentyabr 2026 15:00
“Doğuşların azalmasının səbəbi təkcə maddi çətinlik deyil...”
16 Sentyabr 2026 13:18


Bakı -°C

