21 Noyabr 2023 12:00
3367
ŞOU-BİZNES

“Məhkəmədə keçirtdiyim vaxtı...” – Xalq artisti sosial şəbəkələrdən danışdı

“Hansısa təntik hərəkət görən bir insanı, qaba hərəkəti görən bir insanı, qeyri-nəcib hərəkət edən birini görən mən özümdən çıxıram”.

Adalet.az xəbər verir ki, xalq artisti Faiq Ağayev bu sözləri Mədəniyyət TV-də qonaq olarkən aparıcının “Sizi nə özünüzdən çıxara bilər?” sualına cavab verərkən deyib.

“Qabalıq, tərbiyəsizlik. Mən incəsənət xadimiyəm, hər şeyin səliqəli, gözəl formasını sevirəm. Ümumiyyətlə bu sənət məhəbbətdən doğan bir sənətdir. Bu sənət nifrətdən doğan sənət deyil. Bizim işimiz məhəbbətdir, məhəbbəti çoxaltmaqdır. Ona görə də bu yolda hansısa təntik hərəkət görən bir insanı, qaba hərəkəti görən bir insanı, qeyri-nəcib hərəkət edən birini görən mən özümdən çıxıram. Çünki sənətimin adı da belədir: incəsənət. Yəni burada davranışların da incə olmalıdır, tamaşaçıya da incə davranmalısan. Ona görə də mənə mane olan bircə insanların içindəki yaxşı ilə pisin arasındakı tarazlığı tapmaqdır.

Xalq artisti bu qabalığı sosial şəbəkələrdə gördüyünü deyib.

“Çünki insan ən böyük cinayətləri, ən böyük pislikləri o halda edə bilər ki, orada cəzasızlıq olsun. Sosial şəbəkədə də kimin ağlına nə gəlir, onu yazcaq, çünki bilir ki cəzasız qalacaq. Bilir ki, hansısa incəsənət adamının məhkəməyə vaxtı yoxdur. Məsəl var, bıçaq sümüyə dirənib. Bax biz o vəziyyətə gəlib çıxmırıq ki, hansısa yolunu azan və ya yolunu bilməyən bir insanı qandırmaq üçün məhkəməyə müraciət edək. Mən məhkəmədə keçirtdiyim vaxtı hansısa studiyada keçirərəm, televiziyada, solo-konsertdə keçirərəm. Bax bu cəzasızlıq əksər hallarda onları ilhamlandırır, düşünürlər ki, nə istəsələr yaza bilərlər. Amma düşünmürlər ki, bir qarğayla səma çirkinləşə bilmir. Səma elə səmadır”.  

 

Emin