Mehriban Əliyeva Pantomim Teatrında - FOTOLAR
Oktyabrın 31-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri Azərbaycan Dövlət Pantomim Teatrının binasında mövcud vəziyyətlə tanış olublar.
Adalet.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli Birinci vitse-prezident Mehriban Əliyevaya və ailə üzvlərinə teatr haqqında məlumat verdi.
Bildirildi ki, respublikamızın tanınmış teatr kollektivlərindən olan Azərbaycan Dövlət Pantomim Teatrı 1994-cü ildə teatr-studiya kimi yaradılıb. Studiya altı il müddətində Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərib. 2000-ci il martın 6-da kollektivə dövlət statusu verilib. 2005-ci ildən isə Azərbaycan Dövlət Pantomim Teatrı keçmiş “Şəfəq” kinoteatrının binasında yerləşdirilib.
Otuz ildən artıq dövrdə Pantomim Teatrında bir çox müəlliflərin əsərləri səhnələşdirilib. Teatrın bu növünün əsas üstünlüklərindən biri onun üçün dil baryerinin olmamasıdır. Ötən müddət ərzində kollektiv Almaniya, Avstriya, Bolqarıstan, İsveçrə, Gürcüstan, Qazaxıstan, Mərakeş, Rusiya və digər ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil edib.
Bu gün Pantomim Teatrı ən çox ziyarət olunan və böyük tamaşaçı məhəbbəti qazanan mədəniyyət ocaqlarımızdan biridir.
Qeyd edildi ki, Azərbaycan Dövlət Pantomim Teatrının hazırda yerləşdiyi bina 1900-cü ildə inşa olunub və yerli əhəmiyyətli memarlıq abidələri siyahısındadır.
Mövcud vəziyyətlə tanışlıq zamanı binada görülməli olan zəruri təmir işləri barədə də məlumat verildi.
Digər Xəbərlər
02 Oktyabr 2026 16:33
Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
02 Oktyabr 2026 00:00
“44” bədii filmi bu tarixdən kinoteatrlarda! - VİDEO
01 Oktyabr 2026 20:20
Güllü Muradovaya vəzifə verildi
27 Sentyabr 2026 17:26
"44" bədii filminin növbəti tizeri yayımlanıb
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15
Venesuela səfiri Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub
18 Sentyabr 2026 09:14


Bakı -°C

