Meksika prezidentindən Google-a məktub: "Amerika Körfəzi"nə adına etiraz
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Meksika körfəzinin “Amerika körfəzi” adlanması barədə qərar verdikdən sonra “Quql Məps” Meksika körfəzinin adını dəyişərək, “Amerika körfəzi” kimi qeyd edib.
Adalet.az xəbər verir ki, Meksika prezidenti Klaudiya Şeynbaum Google-a məktub göndərərək Meksika körfəzinin adının Amerika Körfəzi olaraq dəyişdirilməsinə etiraz edib.
Məlumatı CNN yayıb.
Nəşr yazır:”Prezident Şeynbaum jurnalistlərə məktubu göstərərək dedi ki, “əgər bir ölkə dənizdəki bir şeyin adını dəyişdirmək istəsə, bu, yalnız o ölkənin sahillərindən 12 dəniz mili məsafəsində mümkündür və bu halda su zonasının "Meksika körfəzi"nə
müraciət edə bilməz. Biz bunu Google-a ətraflı izah etdik", - prezident qeyd edib.
Qeyd edək ki, bu ad dəyişikliyi yalnız ABŞ istifadəçilərinə görünəcək. ABŞ-dan kənarda olan istifadəçilər üçün fərqli siyasət tətbiq olunacaq. Məsələn, Meksikadakı istifadəçilər hələ də xəritədə “Meksika körfəzi” adını görəcəklər. ABŞ və Meksikadan başqa ölkələrdəki istifadəçilər hər iki adı görəcəklər. Google belə hallarda ilk növbədə rəsmi yerli adları göstərmək siyasətinə malikdir.
Xatırladaq ki, Meksika körfəzi dünyanın ən böyük körfəzidir və ABŞ-ın iqtisadi həyatında əsas rol oynamağa davam edir.
Əntiqə Rəşid
Digər Xəbərlər
08 Dekabr 2025 20:34
Paşinyan yeni müşavir təyin edib
08 Dekabr 2025 20:25
Peskov: ABŞ-Ukrayna danışıqlarının nəticələri barədə Kreml məlumatsızdır
08 Dekabr 2025 20:14
Putin gələn il üçün hökumətin qarşısına 6 vəzifə qoydu
08 Dekabr 2025 20:01


Bakı -°C

