Məktəblərdə Bilik Günü qeyd edilməyəcək
Azərbaycanda fəaliyyət göstərən məktəblərdə Bilik Günü qeyd edilməyəcək.
Adalet.az-ın məlumatına görə, artıq bu barədə məktəb rəhbərlərinə məlumat verilib.
Buna səbəb Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində genişmiqyaslı təxribat törətməsidir.
Belə ki, Bilik Günü ilə bağlı təhsil ocaqlarında tədbir zamanı Dövlət Himni səsləndiriləcək, şəhidlərimizin ruhu yad ediləcək. Eyni zamanda, xüsusi bəzəklərdən və musiqidən istifadə olunmayacaq.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.(oxu.az)
Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçusu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Digər Xəbərlər
26 Oktyabr 2026 18:10
Məktəblərdə bir təhsilalana düşən illik təhsil xərcləri təsdiqləndi
26 Oktyabr 2026 16:33
Azərbaycan Universiteti “Geopoetika” kitabının təqdimatını keçirib
26 Oktyabr 2026 11:19
"İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir" - Elm və Təhsil Nazirliyi
25 Oktyabr 2026 17:43
Peşəkar mühasib sertifikatı üzrə II mərhələ imtahanı keçirilib
23 Oktyabr 2026 17:45
Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi
23 Oktyabr 2026 16:12
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı
23 Oktyabr 2026 13:14
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya sahəsində təhsil almaq istəyən gəncləri konfransa dəvət edir
22 Oktyabr 2026 16:07


Bakı -°C

