Meloni Fransa–İtaliya sammitinin təxirə salınmasına təşəbbüs göstərib
İtaliyanın baş naziri Giorgia Meloni və Fransanın prezidenti Emmanuel Makron aprelin əvvəlində Tuluzada keçirilməsi planlaşdırılan Fransa–İtaliya sammitini təxirə salıblar.
Adalet.az xəbər verir ki, bu barədə Politico nəşri fransalı diplomatın sözlərinə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Roma görüşün Fransanın Evian şəhərində iyunun 15–17-də keçiriləcək G7 sammitindən sonra baş tutmasını xahiş edib. Qəzet yazır ki, qərar Meloni və Makron arasında son vaxtlar yaranmış fikir ayrılıqları ilə bağlı deyil. Tuluzadakı sammit 2020-ci ildən bəri bu səviyyədə ilk görüş olmalı və Parislə Roma arasında əməkdaşlığın möhkəmləndiyini nümayiş etdirməli idi.
Meloninin Makronla münasibətləri hər zaman soyuq olub. Bununla belə, o, 2022-ci ilin payızında baş nazir vəzifəsinə başladıqdan dərhal sonra qeyri-rəsmi görüş üçün ilk dəvəti məhz Makrona göndərmişdi. Lakin bir neçə gün sonra miqrasiya mövzusu ətrafında onların ilk toqquşması baş vermişdi.
Digər Xəbərlər
12 May 2026 20:42
Rutte NATO ölkələrinə çağırış etdi
12 May 2026 19:43
Paşinyan Rusiyanın daha bir tədbirinə qatılmayacaq
12 May 2026 19:20
Əfqanıstanda 13 milyondan çox insan ərzaq çatışmazlığı ilə üzləşib - BMT
12 May 2026 17:51


Bakı -°C

