"Mən özümlə oynadığım şahmata güldüm" - Pərvanə Bayramqızı yazır
Elə bildiniz, Məmmədyarov belə deyib?
Elmar Məmmədyarov yox aa, Şəhriyar Məmmədyarov.
Yox, bunu Məmməd Araz söyləyib. Görürsünüz, yenə şair sözünün hər əməldən üstünlüyü sübut olundu. Böyük Məmmədyarov ana dilini yerlə-yeksan edir, kiçiyi də qadını...
Şəhriyar bəy şahmatdakı uğurları, qələbəsi ilə həmişə qadınlarımızın gözlərini yaşardıb, o yenə də gözlərimizi yaşartdı: zəhmətimizi, gücümüzü şübhə altına almaqla...
Onu qınayırıq, amma qadınlar haqqında yüksək fikirdə olduğunu göstərən elə ziyalılar, tanınmış simalar var ki, bu mövzuda şahmatçıdan da betər düşüncələrə malikdirlər, sadəcə, nüfuzlarını itirməmək üçün əsl münasibətlərini gizlədirlər.
Bizimkilərdən bəziləri dünyaya çıxanda dünyaları daralır və millətinin də dünyasını qaraldırlar.
Özünü qaldırıb ağacın başına qoyub yüksəkdə saymaq olar, biri də var sən torpaqdan, torpaq da səndən güc ala. Axırda da "Ana torpaq" ifadəsi yarana.
Qadınları mentalitet, dini görüşlər, adət-ənənələr, qayda-qanunlar, çirkab cəmiyyət, əzazil kişilər, hədə-qorxular, qısqanclıq, qandal, mətbəx Şəhriyar bəyin qınağına düçar etdi.
Onları hər şeydən geri qoyan səbəbləri göstərmədən qınamaq ədalətsizlikdir. Qadın işdə olanda evi, uşağı, xörək bişirməyi və digər problemləri düşünür, iş saatı bitən kimi tələsik qaçır evə, gecəyədək təzədən çalışır. Kişinin isə fikri yalnız işində olur, yükü qadınınkı qədər olmur. Ona görə də uğur qazanıb tanına bilir.
Kişi dünyasını dəyişəndə qadın kişiyə aid olan ağırlıqlara da tab gətirib övladlarını böyüdür, qadın olmayanda kişi özünə də baxa bilmir, üstəlik uşaqları da pərən-pərən edir. Axırda görür bacarmır, təzədən evlənir.
Nə mentalitet əleyhinəyəm, nə də qadınla kişini müqayisə edənəm, sadəcə, obyektiv yanaşma istəyirəm.
Yeri gəlmişkən, fiziki cəhətdən kişi qadından güclüdür elə? Bəs niyə qrib olanda qırx dərəcə hərarətlə qadın ev işlərini görür, xəstələrin qeydinə qalır, kişi isə şivən salır?
Digər Xəbərlər
25 Sentyabr 2026 11:33
Ruhun üç çevrilməsi və yazılmış vərəq - Əli Şirin Şükürlü yazır
25 Sentyabr 2026 11:32
Ay Bəniz Əliyarın ŞEİRLƏRİ
25 Sentyabr 2026 09:30
""Allah" sözünü böyük hərflə yazmaq dil qaydalarına görə səhvdir"
24 Sentyabr 2026 13:55


Bakı -°C

