adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
02 Dekabr 2022 11:49
578
ƏDƏBİYYAT

Mənə görə ayıbdır! - Şamil Sadıq yazır

Bilirsiniz nədir ayıb olan, bir insanın, yazıçının görkəmindən, geyim tərzindən, yaşam tərzindən istifadə edib onu dilənçi obrazında təqdim etmək. Görürəm naşirindən tutmuş oxumayan oxucusuna qədər hər kəs Əlisa Nicatın şəklini paylaşıb, bank kartı paylaşıb ürək ağrısı ilə dəstək istəyirlər. Bu bilirsiniz nədir, millətin özgüvənini, ruhunu sındırmaq, bunu görəndə heç kim heç kimi yox birinci özünü qınamalıdır. Dövlət bababın günahı öz boynuna. Bəs sən vətəndaş olaraq, boy-boy şəkil paylaşıb yazıq kimi təqdim etdiyiniz Yazarın kitabını nə vaxt almısan? Tutuquşu kimi 100 kitab müəllifi deyib, özünüzümüzü ağıllı aparmaqla deyil ki... Bu bizim reallıqdır, bəzən adam öz reallığından belə utanır və bunu sillə kimi adamın üzünə vurmaqla xalq qazanmaq lazım deyil. Dəyəri belə vermirlər, dostlar, dəyər başqdır. Belə səmimisinizsə, həm Əlisa Nicatı çap edən naşirlərə, həm də bəh-bəhlə paylaşan oxumayan oxuculara üzümü tuturam və deyirəm, 2,3,4 dekabr tarixlərində Əlisa Nicatın kitablarının satışını qapaq qiymətinə Kitabevim.az da satışa qoyuruq. Kitabın satıldığı qiyməti olduğu kimi, Əlisa bəyin özünə veririk. Hədəf Nəşrləri olaraq 2021-ci ildə 85 illik yubileyinə həsr edilmiş Xatirələr kitabını təqdim edirik. Çox ürəyiniz yanır, kitabın alın, oxuyun, həm yazara dəstək olsun, həm də sizin əlinizdə onun kitabı, heç olmasa bir vərəqinə göz atasınız. Buyurun, cəsarətli naşir və oxucu dostlar. Səmimiyyətimizi ortaya qoyaq. Naşirlərdən kim bu şərtlə razıdırsa, elə buradaca yazsın, biz də kitabevim.aza tapşırıq verək. Hələlik biz çap etdiyimiz kitabı hesabatı ilə təqdim edirik.

Əlisa Nicat - Keçmişlə köçənlər ("Xatirə ədəbiyyatı" silsiləsinin 55-ci kitabı)

Nəşriyyat: "XAN Nəşriyyatı"

Tiraj: 500 ədəd

Anbarda qalan say: 348 ədəd

Satılan say: 152 ədəd (Bu anbardan mağazalara veriləndir, 152 kitabın satılıb satılmadığını dəqiq demək olmaz.)

Çap qiyməti: 2,4 AZN

Qapaq qiyməti: 7 AZN

Topdansatış qiyməti: 3,5 AZN

Çapdan çıxma tarixi: 07.09.2021

Hesabat tarixi: 01.12.2022

1 il 3 ay ərzində satılan kitabdan gələn gəlir: 167,2 AZN

Çap edilməmişdən öncə verilən qonorar: 200 AZN

Hesabatı, 5 dekabr tarixində verəcəyəm. Özümüzü görəcəyik aynada.