adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Iyun 2022 11:12
1024
ƏDƏBİYYAT

Mərkəzi Kitabxanada “Vətəni yaşadan oğullar” adlı tədbir keçirilib

İyunun 24-də Sumqayıt Regional Mədəniyyət idarəsinə tabe olan Səməd Vurğun adına Mərkəzi kitabxana və AYB-nin Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə 26 İyun Silahlı Qüvvələr Gününə həsr olunan “Vətəni yaşadan oğullar” adlı tədbir keçirilib.

AYB-nin sədri Gülnarə Cəmaləddinin aparıcılığı ilə keçirilən tədbirdə şəhid ailələri, şəhərimizin tanınmış şairi, yazar qazilər iştirak edib. Tədbir dövlət himnimizin səslənməsi ilə başlanıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gülnarə Cəmaləddin 26 İyun Silahlı Qüvvələr Günü ərəfəsində keçirilən bu tədbirin nə qədər önəmli olduğunu, bu günün sevinc hissi ilə qarşıladığımıza görə şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağımızı qeyd edib.

Tədbirdə iştirak edən şəhid anası və qazilərimizə söz verilib.

İlk olaraq söz Sumqayıt Regional Mədəniyyət İdarəsinin inspektoru və şəhid anası Ceyran Həsənovaya verilib. Ceyran xanım çıxışında qeyd edib ki, biz şəhid anaları üçün nə qədər ağır olsa da məhz igid oğullarımızın sayəsində 30 illik həsrət qaldığımız torpaqlara qovuşduq. Ceyran xanım dövlətinin qayğısını hər zaman hiss etdiyini, şəhid və qazilərimizə göstərilən diqqəti də qeyd edib.

I Qarabağ müharibəsinin qazisi mayor Vüsal Nəzərov, şəhid analarından Nazif Mədinovun , Rüfət Mustafayevin, Abdullah Əhmədovun, Elmar Nəsibovun və başqaları xatirələrini bölüşüblər.Şəhid anaları diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Sumqayıt şəhəri 16 nömrəli tam orta məktəbin direktor əvəzi Sevil Behbudbəyli isə çıxışında 44 günlük müharibə sübut etdi ki, döyüş ruhu olmayan orduya uğur qazanmaqda ən müasir silahlar deyil, ordunun döyüş ruhu, hərbi vətənpərvvərlik əhval -ruhiyəsi yüksək səviyyədə olması gərəkdi. Məhz Azərbaycan Ordusunun yenilməzliyi, qorxmazlığı sayəsində qələbə bizimlə olduğunu qeyd edib. Sevil müəlllimə arzu edib ki, bu qələbəmizi daim qoruyub sxlaya bilək.

Tədbirdə II Qarabağ müharibəsinin qaziləri Emin Piri, Həsən Yaqubov, Elvin İntiqamoğlu və Azərbaycan Yazıçılar İttifaqının üzvü şair, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, pofessor, Rafiq Yusifoğlu iştirak ediblər. Yazar qazilər tədbir boyunca vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.
Sonda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

Tədbirin sonunda şəhid anaları üçün hazırlanan kiçik hədiyyələr onlara təqdim olunub.