Məşhur xanəndə: "3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm"
Əməkdar artist Nigar Şabanova canlı efirdə səhhəti ilə bağlı səmimi etiraflar edib.
Adalet.az-ın məlumatına görə, xanənədə ağır bir dövr keçirdiyini bildirərək, bir müddət hərəkət qabiliyyətində ciddi problemlər yaşadığını açıqlayıb. Onun sözlərinə görə, ayağının biri üç ay ərzində demək olar ki, işləməyib, bir ay isə yataq rejimində qalmağa məcbur olub.
Sənətçi qeyd edib ki, bu müddətdə əməliyyat keçirib, fizioterapiya prosedurlarına qatılıb və uzun müddət bərpa prosesi yaşayıb. Sənətçi iki aya yaxın müddətdə vəziyyətinin yaxşılaşmadığını da vurğulayıb.
Əməkdar artist həmin günlərin ona həyatda bir çox həqiqətləri göstərdiyini deyib. O bildirib ki, çətin dönəmdə insanların əsl simasını daha yaxşı tanımaq mümkün olur. Psixoloji baxımdan toparlanmaqda çətinlik çəkdiyini etiraf edən sənətçi bir müddət heç nəyə həvəsinin qalmadığını söyləyib.
Şabanova əlavə edib ki, həmin vaxtlarda başqa sahə üzrə təhsil alsaydı, hər şeyini sataraq başqa ölkədə yaşamağı belə düşünüb. Bununla belə, sənətini çox sevdiyini və bu peşə uğrunda böyük fədakarlıqlar etdiyini vurğulayıb.
Sənətçi hazırda səhhətinin yaxşı olduğunu və özünü daha yaxşı hiss etdiyini bildirərək, buna görə şükür etdiyini qeyd edib./Milli.az
Digər Xəbərlər
20 Iyul 2026 17:53
Xatirə İslamla ərinin videosu haqda - Rəsmi açıqlama
20 Iyul 2026 14:26
Müğənni: “Oğlum hər şeyin şahidi idi”
20 Iyul 2026 14:09
Əməkdar artist: “Maşın sürməkdən qorxuram”
20 Iyul 2026 13:31
Rəşad Dağlının oğlu yarışda birinci oldu
20 Iyul 2026 12:23
Əminə Şirin: “Mən hardasa səhv etmişəm ki, onun cavabını alıram”
18 Iyul 2026 19:00
Əməkdar artist: "Deyirəm, onda səndən ailə xanımı olmaz"
18 Iyul 2026 18:00
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi" - FOTO
18 Iyul 2026 16:19


Bakı -°C

