Məsləhətləri Ronaldodan alır
"Atletiko"nun futbolçusu Joao Feliks "Yuventus"un hücumçusu Kriştiano Ronaldo haqda danışıb.
Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, 21 yaşlı hücumçu Portuqaliya millisindəki komanda yoldaşının ona kömək etdiyini bildirib. Feliks Ronaldonun təcrübəsindən faydalandığını və böyük matçlara hazırlşamaq üçün ulduz oyunçudan məsləhətlər aldığını söyləyib:
"Kriştiano mənə böyük təsir edir. Milli komandada olduğumuz zaman mənə və bütün gənclərə iş, motivasiya, hər şey barədə məsləhətlər verməyə çalışır".
Qeyd edək ki, Feliks bu mövsüm Madrid təmsilçisində çıxdığı 27 matçda 9 qol vurub, 5 qolun ötürməsini verib.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00