Məsud Pezeşkian: Biz həmişə Azərbaycanın hüquqlarını müdafiə etmişik
Biz həmişə Azərbaycanın hüquqlarını müdafiə etmişik və Ermənistanı da öz hüquqları çərçivəsində müdafiə edirik.
Adalet.az xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycan-Ermənistan münasibətləri barədə danışarkən deyib.
“Biz çalışırıq ki, hər iki tərəf qonşuluq prinsipləri əsasında dinc yaşasın və bir-birimizə yardım göstərək”, - dövlət başçısı qeyd edib.
Peşezkian qeyd edib ki, İran Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasına kömək edib: “Bizim bu gün edəcəyimiz kömək bundan ibarətdir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasına təşəbbüs göstərmişik. Layihə bu gün çox sürətlə həyata keçməkdədir. Bu, artıq razılaşdırılıb və İran ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasında heç bir problem yaranmayacaq. Biz İranı azərbaycanlıların ikinci Vətəni hesab edirik və ayaqları bura dəyərsə bunu mübarək hesab edəcəyik”.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:15
Paşinyan İlham Əliyevə təşəkkür edib
18 Sentyabr 2026 17:22
Rəsmi Bakıdan Fransaya - Çağırış
18 Sentyabr 2026 11:54
Azərbaycan xalqı cahildirmi?
18 Sentyabr 2026 11:41
Hikmət Hacıyev Almaniya səfiri ilə görüşdü
18 Sentyabr 2026 10:45
“Bununla Azərbaycan xalqının milli ideyası gerçəkləşdirildi...”
18 Sentyabr 2026 10:36
"Ermənistan və Azərbaycan tezliklə davamlı sülhə nail olacaqlar"
18 Sentyabr 2026 10:26
“Ermənistan cəmiyyəti bilməlidir ki, Qarabağ məsələsi bitib”
18 Sentyabr 2026 10:04


Bakı -°C

