Mətbuat Şurası “Kanal S”də baş verənləri pislədi
"Sön dövrlər Azərbaycanın televiziya məkanında efir mədəniyyətinə riayət edilməməsi, ayrı-ayrı teleaparıcıların, veriliş iştirakçılarının etik qaydaları və ümumi normaları pozması halları artıb. “Kanal S” telekanalının yayımında yaşananlar da bu baxımdan diqqət çəkməkdədir".
Adalet.az xəbər verir ki, bu, Azərbaycan Mətbuat Şurasının Etika Komissiyasının "Kanal S" kanalında baş verənlərlə bağlı yaydığı məlumatda yer alıb.
"Telekanalda veriliş aparıcısı olan hər bir şəxs jurnalist statusundadır. Jurnalist isə iddialı danışıq tərzindən uzaq durmalı, səsinin tonunu yüksəltməməli, mimika və jestikulyasiyalarına diqqət yetirməli, konkretliyi qorumalı, qıcıqlandırıcı ifadələr işlətməməli, aşırı şəxsi mövqe və fikir nümayişindən çəkinməli, müsahiblərinə, çağrılmış qonaqlara hörmət və nəzakətlə yanaşmalı, onlara münasibətdə qınayıcı, linçedici mövqe tutmamalıdır.
Aparıcı-jurnalist nəzərə almalıdır ki, istənilən mövzudakı müzakirəni adi məişət səviyyəsinə endirmək, bayağılaşdırmaq eybəcər mənzərə və efir kirliliyi doğurur. Bu isə media peşəkarlığına tamamilə ziddir. Təəssüf ki, “Kanal S”in aparıcısı Nigar Fərhadın təqdimatında vurğuladığımız cəhətlər qətiyyən nəzərə alınmadı. O, özünün yolverilməz tərzi, ümumi dəyərlərə zidd davranış ilə geniş ictimaiyyətin narazılığına, hətta qəzəb və hiddətinə səbəb oldu.
Bütün bunları nəzərə alan Azərbaycan Mətbuat Şurasının Etika Komissiyası “Kanal S” telekanalının efirində yaşananlardan həm təəssüfləndiyini bildirir, həm də baş verənləri qətiyyətlə pisləyir. Komissiya bu qənaətdədir ki, sözügedən telekanalın rəhbərliyi belə xoşagəlməzliklərin qarşısını almalı, yolverilməz təqdimatların gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
Komissiya, həmçinin, ümumən Azərbaycan teleməkanına məsul şəxsləri ictimai maraq və mənafelərin müdafiəsinin vacibliyi prinsipini rəhbər tutaraq, aparıcı seçimi, ekran etikası və efir məsuliyyəti məsələlərinə həssas yanaşmağa, sensasiya xatirinə əxlaq və davranış qaydalarının heçə sayılması təmayüllərinə, mənəvi dəyərlərdən uzaq hərəkətlərin adiləşməsinə, habelə cəmiyyətin axarına və dinc yaşam nornalarına qarşı təhdid mahiyyəti daşıyan hallara biganə qalmamağa çağırır", - məlumatda qeyd olunub.
Digər Xəbərlər
31 Mart 2026 15:15
Xarici media subyektlərinin filialının qeydiyyatına dair tələb müəyyənləşdi
30 Mart 2026 18:24
MEDİA nümayəndələri Türkiyədə Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət ediblər
28 Mart 2026 13:04
Əhməd İsmayılov Burhanettin Duranla görüşdü - FOTOLAR
27 Mart 2026 17:30
"Azərbaycan-Türkiyə Birgə Media Platforması inkişaf etdiriləcək" - Əhməd İsmayılov
27 Mart 2026 10:33
MEDİA qazi jurnalistin vəfatı ilə əlaqədar başsağlığı verib
17 Mart 2026 13:16
Media orqanlarının nəzərinə: Tələblər artırılır
10 Mart 2026 17:26
Bir sıra media nümayəndələri üçün vörkşop keçirilib - FOTOLAR
10 Mart 2026 16:06


Bakı -°C

