Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb
Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb.
Naxçıvan Muxtar Respublikası (MR) Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Adalet.az-a bildirilib ki, Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında 13 il ərzində kameralar vasitəsilə aparılan monitorinqlər zamanı yeni doğulmuş bəbir balaları müşahidə edilib.
Monitorinqlər zamanı əvvəlki dövrlərdə təxminən iki ildən bir bəbir balalarına rast gəlinirdisə, son illərdə bu göstərici artıb və artıq hər il yeni doğulmuş balalar qeydə alınır.
Məlumata görə, Zəngəzur dağlarında doğulan bəbir balaları böyüdükdən sonra ətraf ölkələrin ərazilərinə yayılır. Onlardan biri Türkiyənin Qara dəniz bölgəsinə qədər gedib çıxıb.
Monitorinqlərin aparıldığı 13 il ərzində Zəngəzur dağlarında 15-dən artıq bəbir balasının doğulduğu və yetkinlik yaşına qədər böyüdüyü müəyyənləşdirilib.
Digər Xəbərlər
22 Oktyabr 2026 12:21
Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi
22 Oktyabr 2026 11:42
Payız niyə yaz kimi keçir?
22 Oktyabr 2026 00:00
Alyona Əliyeva ukraynalı uşaqlarla İçərişəhəri gəzdi - FOTOLAR
21 Oktyabr 2026 12:42


Bakı -°C

