adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Yanvar 2023 12:07
971
MƏMLƏKƏT

Metroda sıxlıq və ləngimə: Səbəb nədir?

Metronun «Həzi Aslanov» stansiyasından «Dərnəgül» istiqamətinə gedən qatarda elə bir gün olmaz ki, sıxlıq yaşanmasın. Heç «Həzi Aslanov», «İçərişəhər» istiqamətində hərəkət edən qatarlarda belə sıxlıq olmur. Çünki qatarlarda sıxlıq olanda orda yaşlı, xəstə adamlar tez-tez çətin vəziyyətə düşür və hətta bəzən huşlarını itirir, ürəkləri gedir. Nə yaxşı ki, metro stansiyalarında xidmət aparan polislər və qatar nəzarətçiləri həmin anda çətin vəziyyətdə olan insanlara yardım edirlər.

Bayram günlərində qatar «Ulduz» stansiyasına çatanda bir yeniyetmə oğlanın vəziyyəti pisləşdi. Anası və yanındakılar qışqırıb ağladılar. Qatar növbəti stansiyaya çatan kimi uşağı vaqondan yerə düşürdülər və həmin yeniyetmə özünə gəldi. Sözümüzün canı ondan ibarətdir ki, «Həzi Aslanov», «Dərnəgül» istiqamətinə gedən qatarların intervalını azaltmaq lazımdır. Yəni həmin qatarlar tez-tez gəlməlidir ki, belə sıxlıq yaşanmasın və sərnişinlər hava çatışmazlığından huşunu itirməsinlər.

Emil FAİQOĞLU