Milli Məclisin İnsan hüquqları komitəsində ilin ilk iclası keçirilib
Yanvarın 23-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Zahid Oruc yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar diləyib.
Adalet.az xəbər verir ki, gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl Zahid Oruc dünyada və regionda baş verən ictimai-siyasi proseslərə toxunub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda keçirdiyi görüşlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Sonra komitə sədri iclasın gündəliyinə 2 məsələnin – 2025-ci ilin payız sessiyası dövründə İnsan hüquqları komitəsində görülən işlər barədə hesabatın və komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsinin daxil edildiyini bildirib.
Komitə sədri, payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini, bu müddətdə 10 iclasının keçirildiyini, 11 məsələyə baxıldığını, o cümlədən 4 qanun layihəsinin Milli Məclisin müzakirəsinə tövsiyə edildiyini qeyd edib. Bildirilib ki, ötən sessiya ərzində komitəyə vətəndaşlardan ümumilikdə 328 müraciət daxil olub.
Daha sonra Zahid Oruc İnsan hüquqları komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. Qeyd edilib ki, qarşıdan gələn sessiyada dezinformasiya və rəqəmsal suverenlik, həmçinin insan haqları mövzularına diqqət yetiriləcək, qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri müzakirə olunacaq, vətəndaşlarla mütəmadi görüşlər təşkil ediləcək.
Komitənin üzvləri Mircəlil Qasımlı, Azər Allahverənov, Mübariz Qurbanlı, Səyyad Aran, Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Razi Nurullayev, Vüqar Rəhimzadə, Elman Nəsirov və Tural Gəncəliyev müzakirələrdə iştirak edərək məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.
İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi təsdiq edilib.
Tədbirdə deputat Sevil Mikayılova və digər rəsmi şəxslər iştirak ediblər.
Digər Xəbərlər
14 Fevral 2026 19:02
İlham Əliyev Münxendə panel müzakirələrdə iştirak edib - YENİLƏNİB + VİDEO
14 Fevral 2026 18:50
"Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq" - Vanq Huiyao
14 Fevral 2026 18:47
"TRİPP ABŞ administrasiyası üçün vacib olmasaydı Donald Tramp ona adını verməzdi" - Dövlət başçısı
14 Fevral 2026 18:45
Marta Kos Prezident İlham Əliyevə təşəkkür edib
14 Fevral 2026 18:40
"Biz artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq" - Prezident
14 Fevral 2026 18:32
"Bizim sərhədlərimizdə sülh qurulur" - Azərbaycan lideri
14 Fevral 2026 18:30
İlham Əliyev Münxendə Zelenski ilə görüşdü - FOTOLAR
14 Fevral 2026 18:25


Bakı -°C

