adalet.az header logo
  • Bakı -°C
08 Noyabr 2026 14:21
71
SİYASƏT
A- A+

Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib - FOTOLAR

Noyabrın 8-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəhbər şəxslər 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər parkını ziyarət ediblər.

Bu barədə Adalet.az-a Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin kollektivi parkdakı Zəfər abidəsinin önünə tər güllər düzüblər.