Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı - YENİLƏNİB
Milli Məclisin payız sessiyası üzrə noyabrın 3-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
Adalet.az xəbər verir ki, gündəliyə 10 məsələ daxil edilib:
1. 8 noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.
2. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında.
3. "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
4. "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
5. "Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
6. "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
7. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
8. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
10. "Elektron ticarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
14:00
Milli Məclisin növbəti iclası noyabrın 3-də keçiriləcək.
Adalet.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında məlumat verib.
Digər Xəbərlər
30 Oktyabr 2026 17:10
Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
30 Oktyabr 2026 16:43
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi
30 Oktyabr 2026 15:37
"Azərbaycan Cənubi Qafqazı "döyüş məkanı"ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev
30 Oktyabr 2026 12:10
Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib
30 Oktyabr 2026 11:20
Kobaxidze: Gürcüstan Azərbaycanla Ermənistan arasındakı sülh prosesini alqışlayır
30 Oktyabr 2026 11:19
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
30 Oktyabr 2026 11:00
Milli Məclisin iclası başladı
30 Oktyabr 2026 10:48


Bakı -°C

