Mimahmud Mirəlioğlu:"Bu, "Zəngilana səfər" deyil, Zəngilanı ziyarətdir!"
Xəbər verdiyimiz kimi, iyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin sayca yeddinci (daha öncə Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Xocalı, Əsgəran, Xankəndi və Laçın) olan növbəti birgə səfəri baş tutub.
Hazırda bir siyasi partiya rəhbərliyindən əlavə, həm də bir Azərbaycan vətəndaşı olaraq onların təəssüratları sizin üçün maraqlı olacağını nəzərə alıb , bu təəssüratları sizin diqqətinizə çatdırırıq.
Adalet.az-a danışan KXCP sədri Mimahmud Mirəlioğlu bildirdi ki, bu səfəri, sıradan bir səfər kimi dəyərləndirmək olmaz: " Bu səfər deyil, ziyarətdir. 30 il tamarzı qaldığımız yurdlarımıza sevinclə ayaq açdığımız bir ziyarət! Əvvəlcə, bu sevinci bizə yaşadan şəhidlərimizin ruhu şad olsun deyirəm, qazilərimizə Allahdan cansağlığı arzulayıram! Ali Baş Komandana dərin təşəkkürümüzmü bildirirəm!
Onların sayəsində bu gün o torpaqları ziyarət edə bilirik.
- Səhv etmirəmsə, siz partiya sədri olaraq bir dəfə də Zəngilanda olmusunuz?
-2022-ci ildə Zəngilanda olduq. Həm Zəngilan, həm Cəbrayıl rayonlarında erməni qəsbkarlığının, vandalizminin şahidi olduq. Onlar nəinki Azərbaycanın mülki vətəndaşlarına, həmçinin ekologiyamıza ciddi zərər vurduğunu gördük. Bu 30 il ərzində burda olan infrastruktur tamamilə məhv olub. Daş üstə daş qalmamışdı. Qalanlar isə ya yandırılmış, ya da bərpası mümkün olmayan vəziyyətdə idi. 2021-ci ildə təməli qoyulan Ağıllı kənd layihəsi ilə məhz həmin vaxt tanış olduq.
Bu dəfə isə Zəngilan rayonu Ağalı kəndini Böyük Qayıdışın ilk ünvanlarından biri kimi özünü gördük.
Zəngilanın mərkəzində də sürətli abadlıq-quruculuq işləri həyata keçirilir. Zəngilanda yenidən qurulan məscid ibadət üçün açıqdır.
Bütün bunlar bizi sevindirir , amma görüləsi işlər o qədər çoxdur ki....
Ümid edirəm ki, Qarabağ başdan- ayağa tikilib qurtarandan sonra yenidən o yerləri gəzərik, düşmənlərimizin yaratdığı xarabalıqları görüb kədərlənmərik.
Qeyd edək ki, səfər çərçivəsində iştirakçılar Cəbrayılda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı haqqında geniş məlumat əldə ediblər. Daha sonra qonaqlar üçün Zəngilanın Məmmədbəyli kəndi, Zəngilan şəhər məscidi, Zəngilan Konqres Mərkəzi, 104 mənzilli yaşayış kompleksi və Oxçuçay üzərində yerləşən “Zəngilan” SES-ə ekskursiyalar təşkil olunub.
Əntiqə Rəşid
Digər Xəbərlər
11 Dekabr 2025 09:00
İlham Əliyev Keniya Prezidentini təbrik etdi
10 Dekabr 2025 19:42
Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirildi
10 Dekabr 2025 19:32
Konqresə Azərbaycanla bağlı qanun layihəsi təqdim olundu
10 Dekabr 2025 19:00
Ceyhun Bayramov Macarıstana getdi
10 Dekabr 2025 18:52
İlham Əliyev Donald Trampa TƏŞƏKKÜR ETDİ
10 Dekabr 2025 18:46
Hikmət Hacıyev Qaluzinlə görüşdü
10 Dekabr 2025 17:30
Əmirbəyov Brüsseldə Aİ-Ermənistan arasında sənədlə bağlı Azərbaycanın narahatlığını çatdırıb
10 Dekabr 2025 16:28


Bakı -°C

