Mingəçevir Dövlət Dram Teatrının "Varlı qadın" tamaşası oynanıldı
Mingəçevir Dövlət Dram Teatrı - 55. "Varlı qadın" (Əli Əmirli) tamaşası.
19 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə "QONAQ TEATR" layihəsi çərçivəsində Mingəçevir Dövlət Dram Teatrının "Varlı qadın" tamaşası oynanıldı.
Azərbaycan Teatr Xadimləri İttifaqının böyük zalında göstərilən zəngin səhnə həyatı olan "Varlı qadın" tragikomediyasında insan münasibətləri, sosial problemlər, məişət məsələləri, maddi sıxıntılar, pul hərisliyi kimi məsələlər komik hadisələr fonunda cəmiyyətə ciddi mesajlar verir. Sözügedən tamaşa teatr mütəxəssisləri, media nümayəndələri və sənətsevərlər tərəfindən alqışlarla qarşılandı.Tamaşanın sonunda Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan və tamaşanın rejissoru Xalq artisti Valeh Kərimov milli teatr sənətinin inkişafındakı xidmətlərinə və Mingəçevir Teatrındakı səmərəli fəaliyyətinə görə, dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli ölkə teatrlarının repertuarını orijinal sənət nümunələri ilə zənginləşdirdiyinə görə Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə təltif olundular.
Şəlalə Camal
Digər Xəbərlər
05 Oktyabr 2026 17:30
"Cənnətin iqamətgahı” filminin premyerası keçirilib - FOTOLAR
02 Oktyabr 2026 16:33
Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
02 Oktyabr 2026 00:00
“44” bədii filmi bu tarixdən kinoteatrlarda! - VİDEO
01 Oktyabr 2026 20:20
Güllü Muradovaya vəzifə verildi
27 Sentyabr 2026 17:26
"44" bədii filminin növbəti tizeri yayımlanıb
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15


Bakı -°C

