adalet.az header logo
  • Bakı -°C
03 Avqust 2026 12:40
59
HADİSƏ
A- A+

Mingəçevirdə kanalizasiya quyuları daşdı - ADSEA-dan hadisə ilə bağlı açıqlama

Mingəçevirdə kanalizasiya xəttində yaranan problem sakinlərin narazılığına səbəb olub.

Adalet.az xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti 31 ünvanında yaşayan sakinlərin sözlərinə görə, bir neçə gündür kanalizasiya quyularından daşan çirkab suları küçəyə axaraq ərazidə antisanitar vəziyyət yaradıb.

Sakinlər bildiriblər ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumun qaynar xəttinə müraciət ediblər. Onların sözlərinə görə, ərazidə kəskin qoxu yaranıb, pəncərələri açmaq mümkün deyil və yay mövsümündə bu vəziyyət sağlamlıq üçün ciddi risk yaradır.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, qeyd olunan ünvanda kanalizasiya xəttində baş vermiş qəzanın aradan qaldırılması üçün Mingəçevir Sukanal İdarəsinin əməkdaşları tərəfindən təmir işləri aparılır. /Milli.az