adalet.az header logo
  • Bakı -°C
03 Avqust 2026 11:37
69
HADİSƏ
A- A+

Ağdərədə mina partladı: Xəsarət alanlar var - YENİLƏNİB

Ağdərə rayonu Çardaqlı kəndi ərazisində baş verən mina partlayışı səbəbilə 1994-cü il təvəllüdlü şəxsə sağ aşıq baldırın amputasiyası icra olunub.

Bu barədə Adalet.az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 1998-ci il təvəllüdlü şəxsə isə qarının ön divarının çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərdən 1998-ci il təvəllüdlü şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Digər pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

 

***

Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baș verib.

Bu barədə Adalet.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb. Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb. Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.