adalet.az header logo
  • Bakı -°C

ABŞ İranı yeni hücumlarla hədələyir -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
80 | 2026-08-03 11:50
A- A+

Yaxın Şərqdə vəziyyəti nizamlamaq mümkün olacaqmı?

ABŞ prezidenti Donald Trampın İrana qarşı kütləvi hücumları dayandırması, regionda vəziyyəti nisbətən yumşaldıb. Lakin, buna baxmayaraq  amerikan lideri Tehranı irimiqyaslı hərbi əməliyyatlarla hədələməkdə davam edir. 

 Ekspertlərin fikirincə, Vaşinqton İran İslam Respublikasında müvəqqəti qeyri-müəyyənlik  yaratmaqla, qəsdən "emosional karusel" planını həyata keçirməyə, qəfil hücum etmək üçün şərait yaratmağa  çalışır.

 Donald Tramp İrana kütləvi hücumların dayandırldığını  elan edir, ardıncada "İkinci Dünya müharibəsindən sonra, ən böyük hərbi əməliyyatlara başlayacağını" bəyan edir.

ABŞ prezidenti kütləvi hücumların dayandırılmasını İranın Hörmüz boğazını bütün istiqamətlərdə tam açacağını bəyan etməsiylə əlaqələndirib.  Rəsmi Tehran isə, Trampın bu bəyanatını təkzib edərək bildirib ki, ABŞ İrana  təcavüzü dayandırmayana qədər, İslam Respublikası Hörmüz boğazını açmayacaq. 

 İranın müdafiə nazirinin səlahiyyətlərini icra edən Sərdar Məcid ibn-əl Reza, Trampın sözlərini "koqnitiv müharibədə psixoloji əməliyyat" adlandlraraq, əlavə edib ki, Tehran istənilən halda təhdidlərə ciddi yanaşır və onu qəflətən yaxalamaq mümkün deyil.

Qarşılıqlı ittihamlar və inamsızlıq vəziyyəti istənilən vaxt nəzarətdən çıxara bilər. Dünya ictimayyəti artıq bir neçə dəfə atəşkəs elan edilməsinə baxmayaraq, qarşılıqlı kütləvi hücumların şahidi olub. Ona görə də, Trampın İrana qarşı kütləvi hücumların dayandırılması ilə bağlı bəyanatını, "tufan qabağı sükut" kimi qiymətləndirmək olar. 

 

TƏQVİM / ARXİV