Mirzoyan əsəbləşdi:"Lavrov, get öz işinlə məşğul ol"
Xəbər vermişdik ki, Ermənistanda dövlət çevrilişinə cəhd ittihamı ilə keşişlərin və onlara bağlı olan şəxslərin həbsi prosesi gedir. Kremlin mətbuat katibi Dmitri Peskov demişdi ki, bu, Ermənistanın daxili işidir və Rusiya Ermənistanda baş verənlərə qarışmır.
Amma .. Rusiyanın xarici işlər naziri Sergey Lavrov arxiyepiskopun həbsi ilə bağlı Ermənistana bəyanat verib:“Kilsə həmişə erməni cəmiyyətinin əsas sütunlarından biri olub və biz onun heç bir ciddi əsas olmadan əsassız hücumlara məruz qalmasını istəməzdik. Biz bu vəziyyətin Ermənistan Konstitusiyasına, dindarların hüquqlarına, eləcə də digər insan hüquqlarına tam hörmət əsasında mümkün qədər tez həll olunmasında maraqlıyıq".
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya rəsmisinə cavab verib və qeyd edib ki, Rusiya Ermənistanın daxili işlərinə qarışmaqdan çəkinməlidir.
Sergey Lavrov daha əvvəl bəyan etmişdi ki, Ermənistan öz daxili məsələlərini təkbaşına həll edə bilər, lakin “hakimiyyətin kilsəyə qarşı mübarizəsi” ifadəsini işlətməklə kilsəyə qarşı hərəkətlərdən narahatlığını ifadə edib.
Ararat Mirzoyan cavabında belə bir səciyyələndirmənin reallığa uyğun gəlmədiyinə aydınlıq gətirib. Onun sözlərinə görə, Ermənistanda kilsə institutuna qarşı mübarizə və təzyiq yoxdur. Rusiyalı nazirin istinad edə biləcəyi hallar bəzi din xadimlərinin siyasi proseslərdə iştirakı və lazım gələrsə, hüquqi qiymət verilməsi ilə bağlıdır. "Bu, müstəsna hüquqi prosesdir və bu, Ermənistanın daxili işidir. Cənab Lavrov Ermənistanın daxili işlərinə qarışmasa, daha yaxşı olar", - Mirzoyan vurğulayıb.
Nazir həmçinin vurğulayıb ki, həm Rusiya rəsmiləri, həm parlamentarilər, həm də media ekspertləri Ermənistanın suverenliyinə hörmətlə yanaşmağa, ölkənin daxili siyasətinə müdaxilə sayıla biləcək bəyanat və ya hərəkətlərdən çəkinməyə borcludurlar.
Mirzoyanın sözlərinə görə, bu cür müdaxilələr qəbuledilməzdir və Ermənistan tərəfdaşlarından Ermənistanın müstəqilliyini və suverenliyini açıq şəkildə tanımasını və ona hörmətlə yanaşmasını gözləyir.
P.S.Rusiyanın hazırda qonşularla münasibətinə baxdıqda, deputat Aqil Abbas demiş, quduz itin hərəkəti kimi qiymətləndirilməlidir.
Əntiqə Rəşid
Digər Xəbərlər
29 Oktyabr 2026 00:00
Türkiyədə 29 oktyabr – Respublika Günüdür
28 Oktyabr 2026 23:15
Ərdoğanla Tramp telefonla DANIŞDI – Nələr müzakirə edildi?
28 Oktyabr 2026 20:30
Tokayev Ankaraya gəldi - Ərdoğan qarşıladı
28 Oktyabr 2026 18:32
İspaniyada üçgünlük matəm ELAN OLUNDU
28 Oktyabr 2026 18:10
Ərdoğan TDT liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək
28 Oktyabr 2026 17:32
Zelenski üçtərəfli danışıqların vaxtını açıqladı
28 Oktyabr 2026 17:21
İspaniyada sürət qatarları toqquşdu - 64 ölü - YENİLƏNİB - VİDEO
28 Oktyabr 2026 14:01


Bakı -°C

