31 Oktyabr 2025 12:19
101
GÜNDƏM

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxıldı

Monteneqronun paytaxtı Podqoritsada türk vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb.

Adalet.az Apa-ya istinadla xəbər verir ki,  Azərbaycan vətəndaşı dünən axşam saatlarında azad olunub.

Polisin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub.