31 Oktyabr 2025 17:25
101
İDMAN

“Barselona” “Kamp Nou” stadionuna qayıdır

İspaniyanın “Barselona” klubu uzun fasilədən sonra yenidən “Kamp Nou” stadionuna qayıdır.

Adalet.az xəbər verir ki, noyabrın 7-də komandanın azarkeşlər üçün açıq məşqi keçiriləcək.

Xatırladaq ki, stadionda yenidənqurma işlərinə 2022-ci ilin iyununda başlanılıb. Bu müddət ərzində “Barselona” ev matçlarını “Olimpik Lyuis Kompanis” arenasında keçirib.