31 Oktyabr 2025 12:32
102
İDMAN

Azərbaycan millisi Banqladeşdə turnirə qatılacaq

Qadınlardan ibarət Azərbaycan milli komandası noyabrın 24-dən dekabrın 3-dək Banqladeşdə təlim-məşq toplanışında olacaq.

AFFA-dan Adalet.az-a verilən məlumata görə, millimiz Dəkkə şəhərində “FIFA Tri Nations Women's Football Series 2025” adlı turnirdə Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq. Komanda noyabrın 29-da Malayziya, dekabrın 2-də Banqladeş seçməsi ilə Milli Stadionda qarşılaşacaq.

Oyunların başlanma vaxtı və hakim təyinatları ilə bağlı daha sonra məlumat veriləcək.