28 Oktyabr 2025 18:31
84
İDMAN

Beynəlxalq dərəcəli hakim-inspektorumuz Konfrans Liqası oyununa təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan təyinat alıb.

Bu barədə Adalet.az-a AFFA-dan məlumat verilib.

A.Xudiyev UEFA Konfrans Liqasının Liqa mərhələsinin III turu çərçivəsində noyabrın 6-da keçiriləcək "Şkendiya" (Şimali Makedoniya) – "Yagelloniya" (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Skopye şəhərindəki "Todor Proeski" adına milli stadionda baş tutacaq.