Bellinqem Vinisiusun rekordunu yenilədi

İspaniyanın “Real Madrid” komandasının yarımmüdafiəçisi Cud Bellinqem yeni rekorda imza atıb.
Adalet.az “Opta”ya istinadən xəbər verir ki, o, XXI əsrdə “Barselona”ya qarşı oyunda həm qol vuran, həm də məhsuldar ötürmə edən ən gənc “Real Madrid” futbolçusu olub.
İngiltərəli oyunçu (22 yaş 119 günlük ikən) ötən gecə “El Klasiko”da həm qol, həm də asistlə yadda qalıb. Bununla da o, 2023-cü ilin aprelində İspaniya Kubokunda Kataloniya klubuna qarşı eyni nailiyyəti göstərmiş Vinisius Juniorun (22 yaş 267 gün) göstəricisini yeniləyib.
Qeyd edək ki, “Real Madrid” “Barselona”ya 2:1 hesabı ilə qalib gəlib.
Digər Xəbərlər
28 Oktyabr 2025 18:31 Beynəlxalq dərəcəli hakim-inspektorumuz Konfrans Liqası oyununa təyinat aldı
28 Oktyabr 2025 16:58 “Qarabağ” – “Çelsi” matçının biletləri sabah satışa çıxarılacaq
27 Oktyabr 2025 14:59 Mbappedən “Barselona” ilə matçda unikal nailiyyət
27 Oktyabr 2025 14:29 

Bakı -°C 










