Əlbəttə, qonşu yaxşı olanda hər şey daha gözəl olur. Yəni onlar bir- birinə can deyib, can eşidirlər. Amma bir - birin düşmən olan qonşular da az deyil, ha! Qonşusu rəhmətə gedir, qapını açıb demir ki, dərdinə şərikəm, Allah rəhmət eləsin! Hamı yas məclisin gəlir, bircə qapıbir qonşusu gəlmir.
Bu, Bakıda belədir! Rayonlarda qonşu elə qohum kimidi. Yəni hamıdan əvvəl qonşular sənin köməyinə çatır!Və bir deyim də var:" Yaxın qonşu, uzaq qohumdan yaxşıdı". Bizim həm kənddə , həm də Bakıda qonşu sarıdan bəxtimiz gətirib. Kənddə Seyid Əli Ağa,Abbas kişigil, Bakıda Məhəmməd kişinin övladları- Zaur, Məhəbbət, Hümmət! Çox gözəl qonşulardı. Bir dəfə həyat yoldaşımın mən evdə olmayanda ayağı sınır,Məhəmməd kişi oğlu Məhəbbəti çağırıb deyir ki, gəlini tez sınıqçıya apar.
Məhəbbət mənim xanımımı həyat yoldaşı ilə birlikdə öz maşını ilə sınıqçıya aparır və həkim ona kömək göstərir, ayağına kips qoyub sarıyır. Mən bunu evə gələndə yoldaşımdan eşitdim. Və buna görə el ağsaqqalı Məhəmməd kişiyə və oğlu Məhəbbətə təşəkkür elədim. Bax belə yaxşı qonşular da var! Ancaq mərdiməzar qonşular da az deyil. Bir tanışım deyir ki, təzə evə köçmüşdüm, evi təmir edirdim. Lakin qonşular mənə imkan vermədilər.
Dedilər ki, bizi narahat edirsən! Gördüm ki, onlarla qonşuluqda yaşamaq mümkün deyil, evi satıb başqa yerdən mənzil aldım.Bax belə də qonşular var, elə də! Qonşu qonşu olsa, onun kor qızı da ərə gedər! Amma bizdə bakılılar demiş" məsələ alayı cürədir!!!


Bakı -°C 























