adalet.az header logo
  • Bakı -°C
31 Mart 2026 21:35
68
ƏDƏBİYYAT
A- A+

Tanınmış şair dünyasını dəyişdi

Tanınmış şair Ələsgər Əlioğlu 73 yaşında vəfat edib.

Adalet.az xəbər verir ki, o, Goranboyda ürəktutmadan dünyasını dəyişib. 

Qeyd edək ki,Ələsgər Əlioğlu bir çox məşhur uşaq şeirlərinin müəllifi olub. O, Azərbaycan Yazıcilar Birliyinin və SSRİ Yazıçılar Birliyinin üzvü olub.

Şeirləri bir çox xarici dillərə - belarus, rus, özbək və türk dillərinə tərcümə olunub.