adalet.az header logo
  • Bakı -°C

Belə yağışlar yağanda... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
88 | 2026-03-30 11:25
A- A+

Deyirlər ki, yağış ruzi, bərəkət deməkdir.Və yağış yağırsa, bütün ağaclara, güllərə, çiçəklərə , yaşıllıqlar yeni bir nəfəs, yeni bir həyat verir.Ən azından yağış yağmayanda  suvarılmayan ağaclar isti yaya günlərndə  bir neçə ayın içində quruya bilər...  Ona görə də , yağış təbiətə hava  və su kimi lazımdı...

Bir dəfə quraqlıq olur. Ərəbistan çöllərində bütün zəmiləri  və yaşıllıqlar  susuzluqdan  yanır. İnsanlar Allah nə qədər dua eləsə də, yağış yağmır ki, yağmır . Ona görə də, yığışıb gedirlər Məhəmməd Peyğəmbərin yanına . Deyirlər ki, ya peyğəmbər , nə əkmişik , hamısı məhv olub, bitmir, Allah da dua eləyirik , bunun da bir nəticəsi yoxdu, bəlkə siz dua  edəsi! Peyğəmbər də Allah dua edir və Tanrı onun duasını qəbul eləyir.

Bir yağış yağır ki, gəl, görəsən! Və həmin il bolluq olur, insanlar aclıqdan çıxır... Elə bil ki , mətləbdən bir qədər uzaq düşdüm! Martın 27- 28 - i Bakıya , eləcə də bölgələr  intensiv yağışlar yağdı. Çaylar, göllər , su anbarları daşdı... Çox yerlərdə subasmalar oldu... Hətta Bakının Maştağa, Zabrat, Binə qəsəbələrində heyətlər, evlər , maşınlar suyun altında qaldı... Hələ biz bölgələrdə olan  hadisələri demirik...

Bütün bunlar təbiət hadisələridir. Yeni insanların iradəsindən asılı deyil. Amma bu o demək deyil ki, bir çox xidmət sahələri öz vəzifə borclarını məsuliyyətlə yerinə yetirməməlidir! Belə ki, əgər əksər yerlərdə İcra Hakimiyyətləri, Bələdiyyələr  və digər qurumlar öz vəzifə borclarını vaxtında icra etsəydilər,yağış suyundan ziyan çəkənlərin əhatə dairəsi belə  geniş olmazdı.Üstəlik də Bakıda kanalizasiya sistemləri və dirinajlar leysan yağışlar vaxtı suyu yaxşı çəkmir və nəticədə  paytaxtın mərkəzi küçələrində belə  ticarət mərkəzlərini, marketləri su basır.

Və həmişə də, Bakı Şəhər  İcra Hakimiyyəti bu məsuliyyətdən yaxasını kənara çəkir... Yagış suları Bakıda  küçələrı, evləri, həyətləri basarkən yeni insanları köməyinə çatan, yenə həmişə olduğu kimi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyidir. Həmin çətin  anlarda  hər iki nazirliyin əməkdaşları çətin vəziyyətdə olan insanları təxliyə ediblər.Hətta  məlum nazirliklərin əməkdaşları, eləcə də polis xəstə insanları bellərinə, qucaqlarına alıb suyun içindən çıxarırlar.

Bu hadisələr göstərdi ki, Bakıda icra hakimiyyətləri hələ də yağışlı hava şəraitinə tam hazır deyillər.Sabah Allah eləməmiş, bundan da ağır təbiət hadisələri baş verə bilər ! Bəs onda icra hakimiyyətləri nə edəcək??? Bax bu barədə  ciddi düşünmək lazımdır. Ki, su basmış   yerdə camaat köməksiz vəziyyətdə qalıb, imdad diləməsin.Hələ yağışlı aylar qabaqdadır.

Ola bilər apreldə ( Nisan-yəni yağışlı ayda) bundan da çox yağış yağsın! İndi durub , Allaha yalvaraq  ki,yağış yağmasın.Yağışlar yağsın və təbiətə  can versin!!! Və biz bəndələr Allahın işinə qarışa bilmərik!!!

TƏQVİM / ARXİV