adalet.az header logo
  • Bakı -°C

Çox adam dərmanla yaşayır... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
113 | 2026-08-01 16:36
A- A+

Bir dostum var , gec- gec görüşürük! Görüşəndə soruşuram ki, nə var, nə yox?! Deyir ki, çox sağol, yaxşıyam ,dərmanla yaşayıram! Bax , indi  " dərmanla yaşayıram" söz birləşməsini çox adamdan eşitmək olar! Heç elə adam var ki, ona dərman da kömək eləmir. Ona görə də adam naşükür olmaz!Əgər dərmanla yaşıya bilirsənsə, buna da şükür! Amma ,vallah , sovet dönəmində bilə  deyildi. Ən azından bu qədər xəstəlik və xəstələr yox idi.

Amma indi kimi dindirirsən deyir ki, ağrıyıram, xəstəyəm, dərmana oturmuşam. Və orası da var ki, o vaxtlar səhiyyə indiki kimi inkişaf eləməmişdi. İndi az qala , müasir tibbin və texnologiyanın hesabına ölü adamı dirildərlər.Pulun varsa, ən ağır xəstəlikdən, hətta onkoloji xəstəlikdən belə xilas ola bilərsən. Açıq və qapalı ürək əməliyyatı, ürək, böyrək, qara çiyər köçürülməsi çox asanlaşıb. Yetər ki,  sənin buna maddi imkanın çata! Əlbəttə o imkan  hər adam da yoxdu.

İndi qayıdaq dava- dərmanın üstünə! Dünyanın heç bir yerində ( bəlkə də var) Azərbaycandakı kimi dərmanlar baha deyil ! Türkiyədə 30 manata satılan dərman ölkəmizdə 130 manata satışa çıxarılır. Üstəlik dərmanın keyfiyyətinə də bir o qədər  etibar yoxdu. Bir  dərmandan xeyli atırsan səhhətində müsbət dəyişiklik hiss eləmirsən! Niyə ? Nə üçün? Bax bunu başa düşmək olmur!Amma  xaricdən gətirilən dərmanı qəbul eləyən kimi, bir neçə gündən sonra vəziyyətin yaxşılaşır. Bizdə bilirsiniz dərmanlar niyə bahadır! Çünki hər sahədə olduğu kimi, dərman biznesində də monopoliya var! Hamı da çox yaxşı bilir ki, ölkəmizə dərmanı kim gətirir.

Qoy gətirsinlər! Ancaq bir şirkət deyil, çoxlu sayda dərman şəbəkəsi bu işlə məşğul olsa , belə bahalıq olmaz! Və insanlara ən bahalı dərmanı almaq əlçatan olar! Ailə  tanıyıram ki, hər ay dərmana 600 manatdan çox pul verir. Özü də imkansız ailədir ha ! Heç yeməyə  o qədər pul xərcləmir! Amma neyləsin , çıxış yolu yoxdur. Düzdür, bəzi imtiyazlı xəstələrə dərmanlar pulsuz verilir.Ucuz dərmanlar pulsuzdur! Ona görə də gələcəkdə baha dərmanlar da o siyahıya salınsa, daha yaxşı olar! Dövlət bu sahədə  əhalinin xeyirinə müəyyən adamlar atır , amma bəzi bürokratik qüvvələr buna əngəl törədir. Bax , qeyd etdiyimiz bu məsələlər də aidiyyəti qurumlar tərəfindən aradan qaldırılmalıdır!

Dünyanın məşhur dərman firmasında çalışmış xarici bir biznesmen deyir ki, insanları dərmana oturtmaq bizim əsas vəzifəmiz olub. Və biz istəməmişik ki, kimsə xəstəlikdən ölsün. Amma biz istəmişik ki, milyardlarla  insan dərmandan asılı vəziyyətdə olsun və bundan bizə milyardlarla  dollar əldə edək!Bax  bu gün dərman biznesi ilə məşğul olanlar insanları belə mövcud durumda saxlamaq istəyirlər.Qoy olsun və təki insanlar o dərmanları qəbul edəndən sonra sağalsınlar! Və bizim ölkəmizdə də dərman monopoliyasının qarşısı alınmalıdır ki, dərmanlar ucuzlaşın və hər pasiyent o dərmanı ala bilsin! Öncə hər bir insana cansağlığı arzulayırıq ki, heç o dərmana ehtiyacı olmasın! Olarsa , həmin dərmanı ucuz alsın!!!

TƏQVİM / ARXİV