Daha bir tiktoker həbs olundu - FOTO
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə zidd qeyri-etik davranışlar sərgiləyən və bu məzmunlu paylaşımlar edən daha bir tiktoker həbs edilib.
Adalet.az "Unikal"a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Əlikram Heydərov Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə inzibati xəta protokolu tərtib olunaraq iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Əlikram Heydərov 8 sutka müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, analoji səbəbdən tiktokerlər - Sənur Əzizov və Müjgan Məmmədzadə də inzibati qaydada həbs ediliblər.
Digər Xəbərlər
24 Avqust 2026 17:00
DİN əməliyyat keçirib, 116 kiloqram narkotik aşkarlanıb - VİDEO
22 Avqust 2026 11:38
Polis avtomat, qumbara və tüfənglər aşkarladı
21 Avqust 2026 15:59
Kiberpolis əməliyyat keçirdi - Elcan Cəfərov saxlanıldı - VİDEO
21 Avqust 2026 11:08
Su Polisi ƏMƏLİYYAT keçirdi
20 Avqust 2026 09:56
17 il axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dən xüsusi əməliyyat
19 Avqust 2026 17:34
Bakıya gələnlərə bağlamalar payladılar - Qəbul edən şəxs saxlanıldı
19 Avqust 2026 16:31
DİN əhaliyə MÜRACİƏT ETDİ: Kiberdələduzluq halları...
19 Avqust 2026 16:12


Bakı -°C

