Dünya liderlərinə zəng edir - “İranla əlaqələri kəsin”
“ABŞ Prezidenti Donald Tramp dünya liderlərinə zəng edərək onlardan İranla əməkdaşlığı dayandırmağı xahiş edir”.
Adalet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
Məlumata görə, Ağ Ev rəhbəri müttəfiq və tərəfdaş ölkələrin liderlərinə şəxsən zəng edərək İslam Respublikası ilə iqtisadi və siyasi əlaqələri dondurmağı xahiş edir.
Xatırladaq ki, avqustun 20-də Donald Tramp İrana qarşı misli görünməmiş miqyasda yeni “dağıdıcı” iqtisadi əməliyyatın başlandığını elan edib. İzlənilən bu sərt xəttə cavab olaraq İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib ki, Tehranın ticarət tərəfdaşları Vaşinqton rəhbərliyinin hədə-qorxularını və bəyanatlarını ciddi qəbul etmirlər.


Bakı -°C

