adalet.az header logo
  • Bakı -°C
02 Avqust 2026 18:41
81
DÜNYA
A- A+

Belarus Ukrayna ilə sərhədə desant briqadası yerləşdirir

Belarus Ukrayna ilə sərhəddə hava-desant hücum briqadası yaradır.

Adalet.az xəbər verir ki, bunu respublikanın xüsusi əməliyyat qüvvələrinin komandanı Aleksandr İlyukeviç bildirib.

Artıq bir sıra hərbi hissə və altbölmələr yaradılıb, şəxsi heyət çağırılıb, zabitlər işə götürülüb və qoşunlar üçün planlaşdırılmış təlimlər davam edir.

Briqada Qomel bölgəsində yerləşdiriləcək.